• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

İDMAN

DÇ-2018: Braziliya millisinin heyəti açıqlandı

  • 1990 dəfə
  • Tarix 14 May 2018 / 22:58
  • Lent.az

Braziliya yığmasının baş məşqçisi Tite dünya çempionatına yollanacaq heyəti açıqlayıb.

 

Apasport.az saytının məlumatına görə, heyətə fevralda ciddi zədələnən mövsümün qalan hissəsini boşa verən Neymar da düşüb. Ümumilikdə isə fevralın 16-da açıqlanmış 15 oyunçuya daha 8 futbolçu əlavə olunaraq siyahı 23 nəfərə çatdırılıb.

 

Qapıçılar: Alisson (“Roma”), Ederson (“Mançester Siti”), Kasio (“Korintians”)

 

Müdafiəçilər: Danilo (“Mançester Siti”), Faqner (“Korintians”), Markinyoş, Tiaqo Silva (hər ikisi PSJ), Miranda ("İnter"), Marselo ("Real"), Pedro Jeromel (“Qremio”), Filipe Luis (“Atletiko”)

 

Yarımmüdafiəçilər: Kasemiro (“Real”), Paulinyo, Koutinyo (hər ikisi "Barselona"), Villian ("Çelsi"), Fernandinyo ("Mançester Siti"), Renato Auqusto ("Beyçzin Qoan"), Fred (“Şaxtyor”)

 

Hücumçular: Neymar (PSJ), Qabriel Jezuş ("Mançester Siti"), Firmino ("Liverpul"), Duqlas Kosta (“Yuventus”), Tayson (“Şaxtyor”)

 

 

Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Kosta-Rika, Serbiya və İsveçrə ilə bir qrupda yer alacaq.