• EUR  
  • USD  
  • RUB

SİYASƏT

Azərbaycanlı Rusiyada partiya rəhbəri oldu             

  • 3285 dəfə
  • Tarix 15 May 2018 / 14:02
  • Lent.az

Məşhur azərbaycanlı vəkil Elman Paşayev Rusiyanın yeni dönəm üçün ən iddialı və perspektivli siyasi partiyalarından sayılan "Çestno"  Partiyası sədrinin birinci müavini təyin edilib. Bu barədə məlumatı Lent.az-a Paşayev özü də təsdiqləyib.

 

Ümumrusiya partiyası olan "Çestno"nun Rusiyada payızda keçiriləcək seçkilərdə Dumaya ən az 10 deputat çıxaracağı haqda iddialar səslənir. Kremlə yaxınlığı ilə tanınan tanınmış siyasətçi Roman Xudyakovun sədri olduğu partiyanın birinci müavinliyinə gətirilən Elman Paşayevə də “yaşıl işığın” məhz Kremldən yandırıldığı deyilir.