• EUR  
  • USD  
  • RUB

SİYASƏT

"Azərbaycan intensiv danışıqlara hazırdır" - Məmmədyarov

  • 1012 dəfə
  • Tarix 15 May 2018 / 17:33
  • APA

Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşüb. 

 

Bu barədə APA-ya məlumat verən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığını nəzərə alaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyini qeyd olunub. 
 

Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib. 
 

Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.