• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Xuraman Şuşalıya efirdə AĞIR SÖZLƏR - Verilişi tərk etdi

  • 7853 dəfə
  • Tarix 15 May 2018 / 18:45
  • Yalçın UĞUR

Müğənni Xuraman Şuşalı bu gün qonaq olduğu “Onda başladıq” verilişində qalmaqal yaşayıb. Lent.az-ın məlumatına görə, verilişin eksperti İntiqa Valehoğlu ifaçıya “Sizin xınayaxdı aparmağa mənəvi haqqınız yoxdu” sözlərini deyib. Müğənni isə onun bu sözlərinə əsəbiləşərək, verilişi tərk edib:

“Mən AzTV kanalının yetirməsiyəm. “Bənövşə” uşaq xorunun aparıcısı olmuşam. Siz indi gəlib burada otura bilərsiz, amma sizin yeriniz efir deyil. Mən fikir verirəm kİ, heç sizin mənəvi haqqınız yoxdur kİ, danışasınız. Siz insan kimi insan deyilsiz. Sizin səviyyənizə düşüb burada oturmaq istəmirəm. Çox mədəniyyətsiz insansız”.

Qeyd edək ki, verilişin aparıcısı Kamran Həsənlidir.