• EUR  
  • USD  
  • RUB

SİYASƏT

Həmsədrlər Paris görüşü ilə bağlı bəyanat yaydı

  • 1177 dəfə
  • Tarix 15 May 2018 / 19:41
  • APA

ATƏT-in Minsk qrup həmsədrləri Parisdə Azərbaycan  xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar.

 

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, görüşdə sülh prosesinin irəli aparılmasının mümkün variantları müzakirə edilib.

 

ATƏT-in şəxsi nümayəndəsi Anjey Kaspşik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Nazir E. Məmmədyarov isə Azərbaycanın aktiv danışıqlara hazır olduğunu  bildirib.

 

 

Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini bildiriblər.