• EUR  
  • USD  
  • RUB

SOSİAL

Qarabağ veteranları Ankarada səfərdədir

  • 505 dəfə
  • Tarix 16 May 2018 / 09:22
  • Lent.az

 

Azərbaycan Respublikası Prezident Administrasiyasının, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət geniş tərkibli nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankaraya səfəri başlayıb.

 

Lent.az-ın məlumatına görə, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti ilk olaraq Türkiye Müharip Gaziler Derneyinin Mərkəzi Qərargahında olublar.

 

Bu sahədə iki tərəfli əməkdaşlığın perspektivlərindən, keçirilən görüşlərin əhəmiyyətindən söz açılıb. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Nəcəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik-leytenant Elşən Qarayev, Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq dəstə komandiri, Azərbaycan bayrağı ordenli ehtiyatda olan polkovnik Hikmət Ağayev, ehtiyatda olan polkovnik, Azərbaycan bayrağı ordenli, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü Xətai Baxışov, Azərbaycanın Milli Qəhrəmanı, Ehtiyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, Xüsusi Təyinatlı Qüvvələrin döyüşçü qaziləri, general Erdoğan Karakuş, polkovnik Şükrü Tandoğan və digərləri çıxış edərək fikirlərini bölüşüblər.

 

Görüşdən sonra nümayəndə heyəti Türkiyəli qazilərlə birgə qədim Ankara qalasını və digər tarixi məkanları ziyarət ediblər.

 

Azərbaycan nümayəndə heyətinin Ankara görüşləri davam edir.