• EUR  
  • USD  
  • RUB

HADİSƏ

İsrail İstanbuldakı baş konsulunu geri çağırdı

  • 780 dəfə
  • Tarix 16 May 2018 / 10:20
  • Tural TURAN

İsrailin Xarici İşlər Nazirliyi İstabuldakı baş konsulu Yosef Levi Sfarini geri çağırıb.

 

Lent.az Anadolu Agentliyinə istinadən bildirir ki, Təl-Əviv baş konsula “geri dön” əmri verib. Fələstində baş verən hadisələrə görə Türkiyənin sərt mövqeyi ilə üzləşən İsrailin xarici siyasət idarəsi buna cavab olaraq İstanbul konsulunu bir müddətlik geri çağırıb. Eyni zamanda, Türkiyənin Qüdsdəki rəsmi konsulu da İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. Onun ölkəsinə geri dönməsi tələb edilib.

Türkiyə Xarici İşlər Nazirliyi isə bütün bunlara cavab olaraq İsrailin Türkiyədəki səfiri Eytan Nayehin ölkəsinə geri qayıtması ilə göstəriş verib.

 

Qeyd edək ki, Qəzza zolağında baş verən son toqquşmalarda 62 fələstinli həlak olub.