• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

HADİSƏ

Qatar traktoru vurdu: 3 yaralı

  • 932 dəfə
  • Tarix 16 May 2018 / 10:51
  • APA

Bərdədə qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.

 

Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.

 

Hadisə Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbə ərazisində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.