• EUR  
  • USD  
  • RUB

SOSİAL

7 nəfər 700 bal toplayıb - ADLAR

  • 2214 dəfə
  • Tarix 16 May 2018 / 11:11
  • Yasəmən Bağırova

II və III ixtisas qruplarının abituriyentləri üçün ali məktəbə qəbul imtahanının nəticələri açıqlanıb. Lent.az xəbər verir ki, III ixtisas qrupu üzrə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin şagirdi Elvin Kərimli, 89 nömrəli tam orta məktəbin şagirdi Şayxanım Həsənova, 214 nömrəli tam orta məktəbin şagirdi Leyli Əhmədova və Texniki-Humanitar Liseyin şagirdi Zeynəb Quluzadə 700 bal toplayıb.

Həmçinin, imtahanda akademik Zərifə Əliyeva adına Liseyin, Bakı Türk liseyinin və Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunları ən yüksək nəticə göstəriblər.