• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Prokuror təşkilat sədri və müavininin həbsini istəmədi

  • 684 dəfə
  • Tarix 16 May 2018 / 11:57
  • Lent.az

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri 1961-ci il Məhəmməd Vəliyev və sədr müavini 1961-ci il Cavan Əhmədovun məhkəməsi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

 

Prokuror çıxışında Məhəmməd Vəliyevin və Cavan Əhmədovun Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinib hər birinə 8 il cəza təyin edilməsini və cəzanın 2 il sınaq müddəti olmaqla şərti hesab edilməsini istəyib. Məhkəmə iclası mayın 23-nə təyin edilib.

 

 

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər. Təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır.

 

Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

 

Veteranlara ayrılan torpaq sahəsi onlara sarılıb. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satılıb.

 

Zərərçəkmişlərdən 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər.