• EUR  
  • USD  
  • RUB

SOSİAL

Azərbaycanda 4 nəfəri ilan sancıb

  • 840 dəfə
  • Tarix 16 May 2018 / 12:03
  • Yasəmən Bağırova

May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilan sancması diaqnozu ilə 4 nəfər xəstə gətirilib. Bu barədə Lent.az-a şöbənin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

A. Maqsudov bildirib ki, gürzə ilanın sancdığı şəxslərdən üçü kişi, biri isə qadın olub: “Onlardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağır idi. Hazırda bütün xəstələrin vəziyyəti stabilləşib”.

Toksikoloq qeyd edib ki, ilan sancması halı Bakının Xəzər və Qaradağ rayonunda baş verib. Bir nəfər xəstə isə Balakəndən gətirilib: “Bundan əlavə qara qurd dişləməsi ilə bağlı 2 çağırış olub, amma zəhərlənmə kimi dəyərləndirilməyib. Bu, hörümçəyin bir növüdür. Bir çağırış isə sarı əqrəb dişləməsi ilə bağlı olub”.

 

A. Maqsudov deyib ki, ilan, qara qurd dişləyən yeri kəsmək, yandırmaq, hansısa müdaxilə etmək olmaz: “Bu hallar çox zaman fəsad verir. Yara əmələ gəlir ki, onun da müalicəsinə uzun zaman lazımdır. Yaranı təmiz tənziflə bağlamaq və tez  həkimin nəzarətinə çatdırmaq lazımdır ki, həkim mütəxəssis əvvəlcədən həssaslığı yoxlasın, zərdab vursun və xəstəni nəzarətə götürsün”.