• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Sabiq polis rəisinə 7 İl HƏBS TƏLƏBİ

  • 1315 dəfə
  • Tarix 16 May 2018 / 12:22
  • Səlcuq Elçin

Dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

 

 

Dövlət ittihamçısı çıxışında Fərhad Məmmədxanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Zərərçəkənin nümayəndəsi prokuror çıxışı ilə razı olduqlarını lakin onlara dəymiş ziyanın ödənilməsini istəyib.

 

Məhkəmə mayın 18-də davam edəcək

 

 

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov Hacı Eldar Hənifəyevi  180 min manat pulunu mənimsəməkdə təqsirli bilinir. Həmin zərərdən 30 min manat qaytarılıb.

 

 

Fərhad Əmirxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham verilib.