• EUR  
  • USD  
  • RUB

SOSİAL

İsveçrənin Azərbaycandakı səfiri “APA Holding”in qonağı olub

  • 511 dəfə
  • Tarix 16 May 2018 / 13:12
  • APA
İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Stadler “APA Holding”də olub.
 
 
 
APA-nın xəbərinə görə, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı şirkətin son layihələri haqqında məlumat verdikdən sonra qeyd edib ki, Azərbaycanla İsveçrə arasında müxtəlif istiqamətlərdə, o cümlədən media sahəsində əməkdaşlığın daha genişlənməsinə ehtiyac var. Bir müddət əvvəl isveçrəli ekspertin Azərbaycana səfərini və burada görüşlərini təşkil etdiyinə görə səfirə minnətdarlığını çatdıran V. Mahirqızı bu cür təşəbbüslərin davamlı olmasını arzulayıb.
 
 
 
O, iki ölkə arasında münasibətlərin daha da dərinləşməsində medianın böyük rol oynaya biləcəyini deyib, "APA Holding"in bu işə dəstək verməyə, o cümlədən İsveçrə səfirliyi ilə əməkdaşlığa daim hazır olduğu vurğulayıb.   
 
 
 
Öz növbəsində, F. Stadler Azərbaycanla İsveçrə arasında dostluq münasibətlərinin olduğunu, ölkələrimizin enerji, turizm, əczaçılıq və digər sahələrdə sıx əməkdaşlıq etdiyini qeyd edib. Bu münasibətlərin daha da dərinləşməsinə çalışdığını vurğulayan diplomat iki ölkə arasında birbaşa hava reyslərinin olmamasını qarşılıqlı turist səfərləri üçün ən böyük maneə adlandırıb.
 
 
 
Səfir Azərbaycan mətbuatı, habelə "APA-Holding"lə əməkdaşlıqdan məmnunluq duyduğunu dilə gətirərək, yeni birgə layihələrin reallaşdırılmasının mümkünlüyünü diqqətə çatdırıb.
 
 
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.