• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Üzeyir Mehdizadə “Pişik” Günelin cavabını verdi - YENİ QALMAQAL

  • 12286 dəfə
  • Tarix 16 May 2018 / 16:55
  • Yalçın UĞUR

Şou aləmində “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərovanın ötən gün “APA TV”-nin  “Show time” verilişində dediyi “Azərbaycanlı müğənnilərdən Türkiyədə yalnız Zeynəb Xanlarovanı və Azəri Güneli tanıyırlar” sözləri cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, müğənni Üzeyir Mehdizadə G.Zeynalovanın söylədiyi iddialara sosial şəbəkə vasitəsi ilə cavab verib. O bildirib ki, onu Türkiyədə tanıyırlar: “Bir çox şərhlərə diqqət etdim. Çünki maraqlı idi ki, görüm haqqı deyən olacaqmı? Gördüm ki, maşallah olsun, 90% adam şərhlərdə həqiqəti yazdı. Ümumiyyətcə haqqı deyib, düzgünlüyə qiymət verən insanlara təşəkkür edirəm. Hər şey Allahın əlindədir. Yerində göyündə sahibi odur. Təkəbbürlük ona yaraşır”.

 

Onu da əlavə edək ki, şərhlərdə bir çoxları G.Ələkbərovanın fikri ilə razı olsa da, etiraz edənlər də tapılıb.

 

Qeyd edək ki, G.Ələkbərova “Show time” verilişinə açıqlamasında bu sözləri demişdi: “Türkiyədə bizim müğənnilərdən yalnız Zeynəb Xanlarova və Azəri Günel tanınır. Mən Günel Ələkbərova olaraq bunu düşünürəm və təsdiqləyirəm. Sözümün də arxasındayam. Bu mənim öz fikrimdir, gördüyümü deyirəm. Türkiyəyə gedib bir ətək pul töküb klip çəkdirirlər. Elə o pulu özün üçün Azərbaycanda ye də. Azəri Günel Türkiyədə borca-xərcə girib öz cibindən nəsə etməyib. Yəni bəhsə-bəhs klip çəkdirməyib ki, onu orada tanısınlar. O yalnız öz səsi, sənəti ilə sevilib. Onu Türkiyədə hamı tanıyır”