• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

SOSİAL

Bakının bu ərazisində su olmayacaq

  • 2615 dəfə
  • Tarix 16 May 2018 / 17:41
  • Lent.az

 

Mayın 17-də gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
 
"Azərsu"dan Lent.az-a verilən məlumata görə, məhdudiyyət Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır. 
 
 
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.