• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

DÜNYA

Şimali Koreyadan ABŞ-a sərt mesaj

  • 1686 dəfə
  • Tarix 17 May 2018 / 06:23
  • Lent.az

Şimali Koreyanın xarici işlər nazirinin birinci müavini Kim Ke Qvan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair fikirlərini tənqid edib.

 

APA-nın xəbərinə görə, bu barədə rəsmi Pxenyanın STAK agentliyi məlumat yayıb.

 

Uzun müddət Amerika Birləşmiş Ştatları ilə danışıqlarda iştirak edən Kim Ke Qvan bildirib ki, KXDR İraq və Liviyanın yolu ilə getmək istəmir.

 

“Qərbə təslim olduqdan sonra bu ölkələr tənəzzülə uğrayıblar. ABŞ təzyiq siyasətini davam etdirməkdə davam etsə KXDR-ABŞ sammiti baş tutmaya bilər”, bəyanatda vurğulanıb.

 

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ötən həftə rəsmi Pxenyana  nüvə proqramından tam imtina etməsini sübut etmək üçün vaxtilə Liviya kimi nüvə silahları ilə bağlı yoxlama aparılmasına razılıq verməyi təklif edib.