• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

DÜNYA

Paşinyandan yeni mitinq hədəsi

  • 1989 dəfə
  • Tarix 17 May 2018 / 12:42
  • Tural TURAN

“Bütün siyasi məhbuslar azad olunmalıdır”.

 

Lent.az news.am-a istinadən verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Nikol Paşinyan vətəndaş itaətsizliyi mitinqləri və xalq etirazları zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin siyasi məhbus olduğunu və onların dərhal azadlığa buraxılmasının vacib olduğunu dilə gətirib:

 

“Onlar siyasi məhbusdur və dərhal buraxılmalıdır. Bir aydan çoxdur ki, həbsdədirlər. Onların azadlığa buraxılması üçün lazım gələrsə, meydana toplaşan adamlar da həmrəylik göstərməlidir. Həmin şəxslər buraxılmasa Republika meydanına toplaşmış insanlara səslənəcəyəm. Gedib həbsxana qapıları önündə həmrəylik mitinqi keçirəcəyik”.