• EUR 1.9671  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

ABŞ-da məktəbdə növbəti silahlı insident - ölən və yaralananlar var

  • 2490 dəfə
  • Tarix 19 May 2018 / 06:47
  • Lent.az

ABŞ-ın Corciya ştatında məktəbdə atışma olub.

 

APA-nın məlumatına görə, bu barədə “WXIA-TV” xəbər verib.

 

Hadisə Atlanta şəhəri yaxınlığında, məzunlarının buraxılış mərasimində qeydə alınıb. İnsident nəticəsində güllə yarası alan 3 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri dünyasını dəyişib.

 

Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

Qeyd edək ki, bundan əvvəl Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş verən silahlı insident nəticəsində 10 nəfər ölüb, daha 10-u yaralanıb.