• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Azərbaycanda əsas avtomobil yollarından biri yenidən qurulur - VİDEO

  • 4163 dəfə
  • Tarix 19 May 2018 / 10:29
  • Lent.az

24 km uzunluğa malik Səngəçal-Çeyildağ avtomobil yolu yenidən qurulur.

 

Lent.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi səhifəsinə istinadən bildirir ki, qəsəbəlrarası avtomobil yollarının yenidən qurulması layihələri sırasında növbəti addım Qaradağ rayonu Səngəçal-Çeyildağ avtomobil yolunun yenidən qurulması ilə bağlı olub. Belə ki, 2 qəsəbənin 6 minə yaxın əhalisinin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlərə start verilib.

 

Səngəçal-Çeyildağ avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işlərinə uyğun olaraq yol yataının yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu işləri aparılaraq 52 min kub.m həcmdə yeni yol yatağı inşa olunur. Artıq yolun 4 km-lik hissəsində yeni  yatağın inşası yekunlaşdırılıb.

 

Sadalanan işlərə paralel olaraq 20 sm hündürlükdə yol əsasının alt layı da tikilir. 2 km-lik hissədə bu işlər artıq bitib. Bunun ardınca is 15 sm hündürlükdə əsasın üst layının tiintisinə başlanılacaq. Əsasın alt və üst layının tikintisi 100 min kub.m-dən artıq həcmdə icra olunacaq.

 

 

Layihə boyu 38 ədəd müxtəlif diametrli suötürücü boru yerləşir. Lakin borular köhnəldiyindən bəzilərinin sökülərək yenidən tikilməsinə, bir hissəsinin isə təmir olunaraq işlək vəziyyətinə salınmasına zərurət yaranıb. Artıq bu çərçivədə 3 boru təmir olunub, 700 mm diametrli 1 köhnə boru isə sökülərək, yerində 1250 mm diametrli yeni dəmir-beton boru tikilib. Bundan başqa yol boyu yeraltı kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün keçid boruların inşası da aparılır.

 

 

Torpaq işləri tam olaraq bitəndən sonra texnoloji ardıcıllığa uyğun olaraq yolun asfaltlanması işlərinə başlanılacaq. Əlaqələndirici bitum səpilməklə yola alt və üst lay olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. Asfalt-beton örtüyün eni 7 m nəzərə alınmaqla bu işlər yolun 150 min kv.m-dən çox sahəsinndə aparılacaq.

 

 

Bütün işlər mövcud tikinti və norma qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Layihə işlərini sonuncu mərhələsində yol boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlanma xətləri çəkiləcək. Yolun yenidən qurularaq payız aylarında vətəndaşların istifadsinə verilməsi planlaşdırılır.