• EUR  
  • USD  
  • RUB

DÜNYA

Dünya ŞOKDA: Dilənçinin öləndən sonra milyonları ortaya çıxdı

  • 10937 dəfə
  • Tarix 19 May 2018 / 15:08
  • Tural TURAN

Livanda 36 ildir köhnə avtomobildə yaşayan və eyni məhəllədə dilənən Fatma Muhammed Osman öldükdən sonra bank hesabında 5,5 milyon dolların olduğu üzə çıxıb.   

 

Lent.az-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, 54 yaşlı dünyanın ən varlı dilənçisi  köhnə avtomobildəki “sığınacağı”nda ölü tapılıb. Bundan başqa, meyidi müayinə edən həkimlər onun ciblərindən təxminən 4 min dollarlıq Livan lirəsi aşkar edib.

 

Ölümündən əvvəl fiziki qüsurlu Fatmanı yemək, paltar və yanacaqla təmin edən qonşular onun “milyonçu dilənçi” olduğunu eşidincə şoka düşüblər.