• EUR 1.9671  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Gömrük Kömitəsindən “qərənfil olayı” ilə bağlı AÇIQLAMA

  • 2381 dəfə
  • Tarix 19 May 2018 / 14:16
  • Lent.az

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Dağıstan Gömrük İdarəsinin "Məhərrəmkənd" gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən "Mercedes Benz" markalı avtomobildə qanunsuz şəkildə sərhəddən keçirilərək gömrük orqanına bəyan edilməyən 5 min ədəd qərənfilin aşkar edilməsi barədə məlumat yayılıb.

 

Dövlət Gömrük Komitəsindən lent.az-a  bildirilib ki, 17 may 2018-ci il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına 5 min ədəd qərənfil yükü aparan hər hansı avtomobil keçməyib.

 

Həmin tarixdə Rusiyaya gedən fiziki şəxslər-Azərbaycan Respublikası vətəndaşları Sadıx Məmmədov tərəfindən 1 qutu, Məhəmməd Osmanov tərəfindən 2 qutu və Rusiya Federasiyası vətəndaşı Mirsalamət Ələkbərov tərəfindən 1 qutu qərənfil aparılıb.

 

Qeyd olunub ki, adları çəkilən yüklər kommersiya məqsədləri üçün nəzərdə tutulmadığına görə sadələşdirilmiş bəyannamə ilə Azərbaycan gömrük orqanlarına bəyan edilib ki, bu zaman da qanunvericiliyə uyğun olaraq hər hansı digər əlavə sənəd tələb olunmur.