• EUR 1.9671  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

İsmayıllıda “Mercedes” külə döndü

  • 4203 dəfə
  • Tarix 19 May 2018 / 14:51
  • Lent.az

İsmayıllı rayonunun Talıstan kəndində “Mercedes” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 5 ton ot bağlaması yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Göyçay rayonunun Qaraməryəm kəndində həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması külə dönüb.  Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.