• EUR  
  • USD  
  • RUB

SOSİAL

QMİ-dən iftar açıqlaması: "Təzəpir Məscidində..."

  • 10717 dəfə
  • Tarix 19 May 2018 / 16:40
  • Tural TURAN

“Təzəpir Məscidində hər gün iftar süfrəsi açılır. İftar süfrəsini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir”.

Bunu Lent.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı deyib. Qəmər Cavadlının sözlərinə görə, imkansız şəxslər üçün iftar süfrəsi məscidin mərasim zalında gerçəkləşir:

“Həmin ərazidə yaşayan imkansız ailələr orada gəlib iftar açırlar”.

QMİ sözçüsü bildirib ki, imkansız şəxslər üçün iftar süfrəsi Ramazan bayramına qədər davam edəcək.