• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Avtobusdan düşən gənc maşının altında qaldı

  • 3326 dəfə
  • Tarix 20 May 2018 / 10:01
  • APA

Mayın 19-u axşam saat 18:30 radələrində Şəki şəhəri, Arif  Abdullazadə küçəsi ev 24 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Elvin Fikrət oğlu Cəlalov kəllə-beyin travması, alın və burnunun əziyi xəsarətləri  ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə,  23 yaşlı Elvin Cəlalov Şəki şəhər daxilində  marşrut üzrə hərəkət edən mikroavtobusdan düşüb yolu keçmək istəyən zaman onu minik maşını vurub.

 

Xəstəxanadan APA-ya Elvin Cəlalovun vəziyyətinin orta-ağır olduğu bildirilib.

 

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.