• EUR 1.9671  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

“Uşaqları müalicə etdirmək üçün oğurladım” – “Xeyirxah” əminin cinayəti – VİDEO – FOTO

  • 9371 dəfə
  • Tarix 21 May 2018 / 14:57
  • APA

Gəncədə törədilmiş oğurluq əməli ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az ARB TV-yə istinadən xəbər verir ki, polisin araşdırması zamanı oğrunun həmin mənzildə əvvəllər gəlin olan şəxsin əmisi olduğu üzə çıxıb. Tutularaq istintaqa təhvil verilən Nofəl Məhərrəmov deyib ki, oğurluq əməlini məcburiyyətdən törədib: “Qardaşım qızının keçmiş həyat yoldaşı qızın qızıllarını vermirdi. Qardaşım qızı uşağını müalicə etmək üçün qızıllara ehtiyacı var idi. Qız bilirdi qızıllar oradadır. Mən də ona görə məcbur olub qızılları oğurladım ki, satıb uşaqlarını müalicə etdirsin”.

 

Əvvəllər məhkumluq həyatı yaşayan 45 yaşlı Nofəl Məhərrəmov əldə etdiyi qızılları qardaşı qızı Mahnurə Məhərrəmovaya çatdırmağa macal tapmayıb.

 

Saxlanılan Nofəl Məhərrəmov istintaqa verdiyi ifadəsi zamanı qızılları tapmaq üçün o qədər də çətinlik çəkmədiyini deyib: “Darvazadan girdim. Baxdım ki, servantın qarşısında qızıl var. Onu götürüb çıxdım”.

 

Nofəl Məhərrəmovun istintaqa verdiyi ifadənin doğruluğunu müəyyən etmək üçün qardaşı qızı Mahnurə Məhərrəmovanın da izahatı alınıb. Saxlanılan şəxsin əməlinə araşdırmaların yekununda hüquqi qiymət veriləcək.

 

 

 

*****

 

20 may

 

Mayın 17-də Gəncə sakininin evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat istintaq tədbirləri həyata keçirib.

 

Müəyyən olunub ki, şəhər sakininin evindən oğurluq edən keçmiş gəlinin əmisi 1973-cu il təvəllüdlü Göygöl rayonunda anadan olmuş Nofəl Məhərrəmovdur. Hazırda saxlanılan N. Məhərrəmov Rusiya Federasiyasında 6 il azadlıqdan məhrum edilib.

 

 

Faktla bağlı araşdırma davam etdirilir.