• EUR 1.9671  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

4 otaqlı ev yandı

  • 994 dəfə
  • Tarix 21 May 2018 / 01:07
  • Lent.az

Şəmkirdə yanğın olub. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonu, Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 260 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə və 1 otağının yanar konstruksiyaları 52 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.