• EUR 1.9671  
  • USD 1.7  
  • RUB 0.0267

İDMAN

Moskvada "Heydər Əliyev Kuboku"nun qalibi bəlli oldu

  • 1002 dəfə
  • Tarix 21 May 2018 / 03:43
  • Lent.az

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Heydər Əliyev Kuboku" uğrunda mini-futbol turniri başa çatıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə,  AMOR-un III Universiadası çərçivəsində keçirilən turnirin final mərhələsi Sokolniki İdman Kompleksində baş tutub.

 

Mini-futbol turnirin qalibi Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin komandası olub. İkinci yeri Rusiya Gömrük Akademiyası və Moskva Dövlət Pedaqoji Universitetinin birləşmiş komandası, üçüncü yeri isə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) komandası tutub.

 

Sonda birinci yerin sahibinə "Heydər Əliyev kuboku" və qızıl medallar təqdim olunub. Digər yerlərin qaliblərinə müvafiq olaraq gümüş və bürünc medallar və AMOR rəhbəri adından hədiyyələr təqdim edilib.

 

Bundan başqa AMOR III Universiadasının qaliblərinə də mükafatlar təqdim olunub.

 

Qeyd edək ki, "Heydər Əliyev kuboku" uğrunda mini-futbol turniri 2009-cu ildən keçirilir.