• EUR  
  • USD  
  • RUB

HADİSƏ

"Nissan" "KamAZ"la toqquşdu, sürücü xəstəxanalıq oldu

  • 725 dəfə
  • Tarix 21 May 2018 / 06:54
  • Lent.az

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi  baş verib.

 

APA-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında  Bakı-Qazax əsas magistral  yolunun 178-ci kilometrliyində Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Qobustan  rayon sakini, 1960-cı il təvəllüdlü Nizami Heybət oğlu Teymurovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elmir Qurban oğlu Abdullayevin idarə etdiyi "Nissan" markalı minik maşını toqquşub. Nəticədə minik maşınının sərnişini 1954-cü il təvəllüdlü Sovet Salah oğlu Allahverdiyev müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq Təhqiqat və Şöbəsində araşdırma aparılır.