• EUR 1.9671  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

ABŞ Venesueladakı seçkiləri qeyri-legitim adlandırdı

  • 828 dəfə
  • Tarix 21 May 2018 / 07:09
  • Lent.az

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert  Venesuelada keçirilən prezident seçkilərini qeyri-legitim adlandırıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Hizer Nauertin “Tvitter”də dərc etdiyi bəyanatda deyilir.

 

“ABŞ dünyadakı digər demokratik ölkələrlə birlikdə Venesuela xalqını və onun azad və ədalətli seçkilər vasitəsilə öz nümayəndələrini seçmək suveren hüququnu dəstəkləyir”, - deyə  Hizer Nauert qeyd edib.    

 

Seçkilərdə 2013-cü ildən ölkəyə rəhbərlik edən  Nikolas Maduronun təkrar prezident seçiləcəyi proqnozlaşdırılır.