• EUR  
  • USD  
  • RUB

MAQAZİN

Samir evlənməkdən qorxur: "...özümü öldürəcəm"

  • 4619 dəfə
  • Tarix 21 May 2018 / 12:54
  • Yalçın UĞUR

 

Müğənni Samir Cavadzadə “Şou-məkan” verilişində maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, şou aləmində olan söz-söhbətlərdən uzaqdır: “Həyatım boyu peşmanlıq çəkmişəm ki, bəzi insanları yaxınıma buraxmışam. Səmimi deyirəm ki, heç vaxt heç kimin arxasınca danışmayan, hətta bəzilərinin pis tərəfini yaxşıya çevirməyi bacaran biri olmuşam. İndi ətrafımda çox az adam var. Mən buna sevinirəm. Bu, çox əladır. Qulağım sakitdir. Səs-küy, artıq-əskik söz eşitmirəm. Kim hardadır, bilmirəm. İntriqalardan tamamilə uzağam”.

 

S.Savadzadə daha sonra bildirib ki, subaylığın daşını atmaqdan qorxur: “Hər qapını döyüb qız alası deyiləm ki... Evlilik mənim üçün bir az çətindir. Təkliyə alışmışam. Anama deyirəm ki, evlənmək qorxuludur. Təsəvvürümə gətirirəm ki, tək yaşayıram. Kimsə yad adam gəlib mənim qoyduğumu götürüb özünün bildiyi kimi başqa bir yerə qoyacaq. O gələn kimi mənə “dırdır” edəcək. Üç gündən sonra ya mən özümü öldürəcəm, ya da onu eyvandan atacam aşağı”.