• EUR 1.9671  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

I və IV ixtisas qrupları üzrə imtahanda istifadə olunan sual kitabçaları satışda

  • 1197 dəfə
  • Tarix 21 May 2018 / 16:17
  • Lent.az

Mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərsiniz. Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər sual kitabçalarını əldə edə bilərlər.

İmtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı ", “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Qeyd edək ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.