• EUR 1.9671  
  • USD 1.7  
  • RUB 0.0267

İDMAN

Andrea Pirlo futbolla vidalaşdı

  • 2671 dəfə
  • Tarix 22 May 2018 / 04:25
  • Lent.az

İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Pirlo futbolla vidalaşıb.

 

APA-nın məlumatına görə, 39 yaşlı əfsanəvi futbolçu son matçını Milanın “San Siro” stadionunda keçirib.

 

Vida matçında A.Pirlo ilə birgə klubda və İtaliya yığmasında forma geyən futbolçular iştirak edib. Dünya çempionu, Çempionlar Liqasının ikiqat qalibi A. Pirlo karyerası ərzində “Breşia”, “Recina”, “İnter”, “Milan”, “Yuventus” və “Nyu York Siti” klublarının şərəfini qoruyub.  

 

Matça Buffon, Dida, Kostakurta, Zambrotta, Maldini, Nesta, Sanetti, Kamoranezi, Qattuzo, Lempard, Baco, Di Natale, Filipo İnzaqi, Totti, Vieri, Del Pyero, Kafu, Kaladze, Zeedorf, Teves, Kassano, Ronaldo, Şevçenko və s. dünya şöhrətli futbolçular qatılıb.