• EUR 1.9671  
  • USD 1.7  
  • RUB 0.0267

DÜNYA

İranda göbələk zəhərlənməsindən ölənlərin sayı 15-ə çatdı

  • 1217 dəfə
  • Tarix 22 May 2018 / 05:54
  • Lent.az

İranda göbələk zəhərlənməsindən ölənlərin sayı 15 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, indiyədək zəhərlənmə əlaməti ilə tibbi müəssisələrə 1017 nəfər müraciət edib, onlardan 116-sı xəstəxanalara yerləşdirilib, 15 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

 

Məlumata əsasən, zəhərlənmə faktları daha çox Kirmanşah, Lorestan, Kürdistan, Qərbi Azərbaycan və Zəncan əyalətlərində qeydə alınıb.