• EUR 1.9671  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Keçmiş məhkumdan 2 tapança götürüldü

  • 907 dəfə
  • Tarix 22 May 2018 / 11:21
  • Lent.az

Saatlı rayonunun Naharlı kənd sakininin odlu silah saxlaması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məlumatın yoxlanılması məqsədilə Naharlı kənd sakini, əvvəllər məhkum olunmuş Zəkəray Xanalıyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Bu zaman otaqların birində məişət əşyalarının və təsərrüfat alətlərinin saxlandığı qədim sandıqdan 1 ədəd kustar üsulla hazırlanmış “Revolver” tipli tapança, 1 ədəd səs tapançası, 22 ədəd patron və ov tüfənginə aid 35 ədəd boş giliz aşkar edilib.

 

Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub.

 

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.