• EUR 1.9671  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Velosipedlə qapıya çırpıldı, kəllə sümüyünü sındırdı

  • 1880 dəfə
  • Tarix 23 May 2018 / 01:23
  • Lent.az

Lerikdə velosipeddən yıxılan gənc ağır xəsarət alıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Ədalət Hacırıza oğlu Qurbanlı enişlə velosiped  sürərkən idarəetməni itirib və velosipedlə qonşunun dəmir qapısına çırpılıb.

 

Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan Ə. Qurbanlı Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ə. Qurbanlıya müayinə zamanı kəllə sümüyünün sınığı diaqnozu qoyulub. O, hazırda süni nəfəs aparatına qoşulub.

 

Faktla bağlı araşdırma aparılır.