• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

Emin Ağalarov və Murad Dadaşova "Xalq artisti” fəxri adı verilib

  • 4061 dəfə
  • Tarix 27 May 2018 / 16:16
  • APA

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncama əsasən bir neçə məşhur mədəniyyət xadiminə  "Xalq artisti” fəxri adı verilib.

 

APA-nın məlumatına görə, onların arasında müğənni və musiqiçi, Crocus Group şirkətlər qrupunun birinci vitse-prezidenti Emin Ağalarov və şoumen, tanınmış teleaparıcı, prodüser, aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun  üzvü Murad Dadaşov da var.

 

Sərəncama əsasən bəstəkar Fikrət Əmirovun oğlu bəstəkar, cazmen Cəmil Əmirov, məşhur bəstəkar Qara Qarayevin oğlu  bəstəkar Fərəc Qarayev və bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin qızı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadəyə də  "Xalq artisti” fəxri adı verilib.