• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

Murad Dadaşov prezidentə təşəkkür etdi

  • 2872 dəfə
  • Tarix 27 May 2018 / 17:37
  • Lent.az

Xəbər verdiyimiz kimi prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən bir çox sənətkarlar və tanınmış incəsənət xadimləri müxtəlif fəxri adlara layiq görülüblər. Lent.az xəbər verir ki, onların arasında daha əvvəl əməkdar artisti fəxri adını daşıyan Murad Dadaşov da var. Bu gün xalq artisti fəxri adına layiq görülən Murad Dadaşov Lent.az-a bildirib ki, hər zaman sənət adamlarına göstərdiyi qayğı və diqqətə görə prezindent İlham Əliyevə minnətdardır: "Cənab prezidentimiz İlham Əliyev hər zaman mədəniyyət sahəsində çalışan insanları, incəsənət aləminin nümayəndələrini xüsusi diqqətdə saxlayıb. Bu ada layiq ola bilmək üçün mən bundan sonra qarşıma daha böyük məqsədlər qoyacağam və gördüyüm hər bir işdə, ərsəyə gətirdiyim bütün layihə və işlərdə Azərbaycanın adını daha da yüksəklərə daşımaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.