• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

“Rövşən” ritm qrupu Tolyattidə ritm festivalında iştirak edəcək – FOTO

  • 1058 dəfə
  • Tarix 06 İyun 2018 / 16:14
  • Lent.az

Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində ənənəvi “Dünya nağaraları” adlı beynəlxalq ritm festivalı keçiriləcək. 15-ci beynəlxalq ritm festivalında ölkəmizi Sumqayıtdan “Rövşən” ritm qrupu təmsil edəcək. Qrupun rəhbəri Rövşən Cabbarovun verdiyi məlumata görə, qrup artıq ard-arda 4-cü ildir ki, sözügedən festivala dəvət alır. İlk dəvəti qrup şəklində aldıqdan sonra, son 3 ildir ki, qrupun yaradıcısı və rəhbəri Rövşən Cabbar festivala tək dəvət olunaraq başqa ölkələrdən gələn ritm həvəskarlarına bir həftə boyunca ustad dərsləri keçir. O, həmçinin iki gün boyunca konsert və qala konsertdə özünəməxsus ifaları ilə çıxış edir. Qeyd edək ki, hər il açıq havada həyata keçirilən festival bu il şəhərin Filarmoniyasında baş tutacaq.