• EUR  
  • USD  
  • RUB

İDMAN

Kanada Qran-Prisinin qalibi müəyyənləşdi

  • 760 dəfə
  • Tarix 11 İyun 2018 / 01:32
  • Lent.az

“Ferrari” komandasının almaniyalı pilotu Sebastyan Fettel  “Formula-1” Kanada Qran-Prisinin qalibi olub.

 

APA-nın xəbərinə görə, finlandiyalı Valtteri Bottas  (“Mercedes”)  ikinci, “Red Bull” komandasının hollandiyalı pilotu Mark Ferstappen isə üçüncü yerin sahibi olub.

 

Karyerasında 50-ci qələbəni qazanan S.Fettel “Mersedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton ümumi hesabda qabaqlayıb. Hazırda S.Fettelin 121, Kanada Qran-Prisində 5-ci yerlə kifayətlənməli olan  L.Hemiltonun isə 120 xalı var.

 

Qeyd edək ki, Sebastyan Fettel “Formula-1” yarışlarının 4 qat qalibidir.