• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

MAQAZİN

Damladan Elzaya SƏRT CAVAB: "Heyvanlar üçün..."

  • 1782 dəfə
  • Tarix 11 İyun 2018 / 10:40
  • Yalçın UĞUR

Əməkdar artist Elza Seyidcahanın həmkarı Damla barədə dediyi sözlər cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, Damla “ATV maqazin onlarla” verilişinə açıqlamasında bu sözləri deyib:

 

“Biz heyvanlar üçün oxumuruq, insanlar üçün oxuyuruq. Ali təhsilli insan daha peşəkar müsahibə verə bilərdi. Mən adımı dəyişdiyim üçün utanan bir insan deyiləm. Adım Məsumədir və adımdan çəkinmirəm. Elə bir iyrənc keçmişim, adımın ləkəsi yoxdur ki, utanım, çəkinim. Damlanın tamaşaçısını kimsə təhqir edə, aşağılaya bilməz”.

 

Qeyd edək ki, Elza Seyidcahan Damla barədə bu sözləri demişdi: "Adı Məsumədir. Mənim nə nəslim, nə pişiyim, nə itim ona qulaq asa bilməz. Bir insan ki, adından utanır, o, atasına görə niyə ağlayır? Adını edib Damla, yox bir damcı. Elə damcıdır da. Bu gün var, sabah yoxdur. Birazdan dalğa qoyar adını. Olar "Dalğa". İnsanda neçə sifət var ki, efiri bəzətdirib tək oturasan: Nisə Qasımovasan, Brilliant Dadaşovasan? Onunla bir vaxt efirdə oturdum. Mənə dedilər ki, yetim qızdır, qoyun otursun. Bu yaxınlarda gördüm ki, yetim deyilmiş, atası var imiş”.