• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

MAQAZİN

Namiq Qaraçuxurlu ilə Pərviz Bülbülə barəsində yeni İDDİA - VİDEO

  • 6927 dəfə
  • Tarix 11 İyun 2018 / 13:45
  • Yalçın UĞUR

"Eurovision" təmsilçilərimizdən olan Samir Cavadzadə qalmaqallı açıqlama verib. Lent.az-ın məlumatına görə, "ATV maqazin onlarla" verilişinin qonağı olan müğənni bildirib ki, meyxanaya qulaq asmır. S.Cavadzadə mexanaçı Namiq Qaraçuxurlunu "Hit-parad"dan uzaqlaşdırıb və  Namiqlə Pərviz Bülbüləni tamaşaçının zövqünü korlamaqda günahlandırıb:

“Zövqümcə deyil. Hər mahnıya oynamıram. Meyxanaya necə oynayım? Meyxananın canlı deyişməsini sevirəm. Bu tip mahnıları dinləmirəm və dinləməyəcəm də. Belə şeylərlə çalışın tamaşaçı zövqünü korlamayın. Pərvizlə tanışam. Deyişsə, qulaq asaram. Bilirəm də, hansı ritmdə olur. Beynimə xələl gətirir, kefimi pozur. Namiqin Əhmədlə dueti isə hit-paradlıq deyil”.