• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

MAQAZİN

Daha bir müğənnimiz Türkiyə şou-biznesinə qatıldı - VİDEO

  • 2411 dəfə
  • Tarix 11 İyun 2018 / 15:13
  • Yalçın UĞUR

Azərbaycanlı müğənni Ceyla Türkiyə şou-biznesinə qatılmaq üçün ilk addımını atıb. Bu barədə Lent.az-a ifaçın prodüseri Zamiq İbrahimov bildirib: "Şou-biznesdə olan dostlarıma yaxşı məlumdur ki, 2 aydan çoxdur fəaliyyətimi İstanbulda davam etdirirəm. Bir neçə əcnəbi ulduzların adının keçdiyi layihələrlə kifayətlənməyib, öz çalışdığım müğənni üçün də iş görməyə qərar verdim. Ceylanın ötən həftə klipi ilə birgə təqdim olunan "Duyğular" mahnısının müəllifləri bəstəkar Hakan Erol və şairə Leylidir. Türkiyənin tanınmış "3 adım" musiqi şirkətinin məhsulu kimi internet istifadəçilərinin ixtiyarına buraxılan bəstə də türkcədir. Qardaş ölkənin "NetD" Youtube kanalında yayımlanan mahnı, kifayət qədər tamaşaçı marağına səbəb olmaqdadır. Bu işimizi, Ceylanın Türkiyə şou-biznesinə qatılması yolunda atılmış ilk addım kimi də qəbul etmək olar. Bu sadəcə başlanğıcdır".

 

 Zamiq onu da əlavə etdi ki, 20 iyunda Ceyla, Kiprdə təşkil olunacaq beynəlxalq mükafatlandırma mərasimində də iştirak edəcək: "Hər il "EN Moda" dərgisinin təşkilatçılığı ilə Kiprdə ənənəvi mükafatlandırma gecəsi təşkil olunur. Ceyla, ötən il də bu möhtəşəm bayramda Azərbaycanı təmsil edib. Təşkilatçılar 25 ölkədən gələcək məşhur ulduzlar sırasında yenə də Ceylanı görmək istədi. İnşAllah tədbir günündə bu haqda geniş məlumatı da oxucularınızla bölüşəcəyik".