• EUR  
  • USD  
  • RUB

İDMAN

“Neftçi”nin 700 min avroluq məşqçisi

  • 1266 dəfə
  • Tarix 11 İyun 2018 / 14:50
  • Lent.az

“Neftçi”nin yeni baş məşqçisi Roberto Bordinin Azərbaycanda qazancı müəyyənləşib. Apasport.az “sportinfo”ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı 2 il ərzində ölkəmizdə 700 min avro qazanacaq. Bu məbləğə nəticələrdən dolayı ödəniləcək bonuslar daxil deyil.


Bordin bu postda Tərlan Əhmədovu əvəzləyib. Bəs ondan əvvəlki baş məşqçi nə qədər pul alırdı?

Ötən ilin sentyabrında baş məşqçi postuna keçən Əhmədovun maaşı əvvəlcə 5000 manat təşkil edib. Bu ilin yanvarında isə onun əməkhaqqısı bir qədər qaldırılıb.

 

Belə ki, komandaya Premyer Liqanın bürünc medallarını qazandıran təcrübəli mütəxəssis son 5 ayda 7500 manat məvacib alıb.