• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

İQTİSADİYYAT

Bakı-Naxçıvan-Bakı aviabiletləri onlayn satılacaq

  • 1162 dəfə
  • Tarix 12 İyun 2018 / 13:23
  • APA

Bu aydan Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri üzrə aviabiletlərin onlayn satışı mümkün olacaq.

 

“APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat verib.

 

“Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabiletlərin onlayn satışı artıq saytımızda fəaliyyət göstərir. Bu istiqamət üzrə ekonom sinifdə baqajın daşınması norması aviaşirkətin vahid standartına uyğun olaraq qeydiyyatdan keçən baqaj 23 kiloqramadək, əl yükü - 10 kiloqramadək təşkil edir”, - deyə məlumatda bildirilir.

 

 

Qeyd edək ki, buna qədər Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri üzrə onlayn aviabilet satışı mümkün olmayıb. Artıq iyunun 23-dən etibarən onlayn qaydada bilet almaq mümkün olacaq.