• EUR  
  • USD  
  • RUB

DÜNYA

Vulkan 27 uşağın həyatına son qoydu

  • 1062 dəfə
  • Tarix 13 İyun 2018 / 06:51
  • Lent.az
İyunun 3-də Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində azı 27 uşaq həlak olub.
 
 
Trend-in məlumatına görə, bu barədə Qvatemalanın təhsil naziri Oskar Uqo Lopes Rivas deyib.
 
 
Onun sözlərinə görə, vulkan püskürməsi nəticəsində məhv olan məktəbdə 173 uşaq təhsil alırdı. Məktəbin 27 tələbəsi həlak olub, 35-i isə itkin düşüb.
 
 
Qeyd edək ki, iyunun 3-ü Fueqo vulkanının püskürməsi nəticəsində Qvatemalada 117 nəfər həlak olub, 57 nəfər yaralanıb, 197 nəfər isə itkin düşmüş sayılır. Vulkanın püskürməsi ilə əlaqədar 12,4 min insan təxliyə edilib, 4,2 min insan müvvəqəti sığınacaqlarda qalır.