• EUR  
  • USD  
  • RUB

SOSİAL

(R) Süd istehsalçısı baş ofisini yeni ünvana daşıdı

  • 1751 dəfə
  • Tarix 13 İyun 2018 / 10:00
  • Lent.az

 

“100% Öz Fermamızın Südü” konsepti ilə bazarda mövqeyini möhkəmləndirməyə nail olmuş Atena markası “Atena Group” şirkəti adı altında öz fəaliyyət ünvanını dəyişdi.

 

Şirkət, 01.06.2018 tarixindən etibarən əməkdaşlarının rahatlığını təmin etmək və iş effektivliyini artırmaq məqsədi ilə 5 günlük iş rejiminə keçdi. O cümlədən biznes mühitinə daha da yaxın olması üçün yeni ünvanda, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 25D ünvanında, fəaliyyətini davam etdirir. Yeni ofisdə şirkət rəhbərliyi, maliyyə, mühasibatlıq, satınalma, insan resursları, kommersiya və s. departamentləri də daxil olmaqla, şirkətin bütün struktur bölmələri yerləşir. Atena Group şirkəti ilə fərdi və ya korporativ şəkildə əməkdaşlıq etmək istəyənlər (012) 404 99 88 telefon nömrəsinə zəng etməklə və ya info@atenagroup.az elektron ünvanı vasitəsi ilə öz təkliflərini irəli sürə bilərlər.

 

Qeyd edək ki, 7 ildir insanlara təbii süd və süd məhsulları təklif edən Atena markası bazarda 55 növ fərqli məhsul çeşidi ilə seçilir. Gündəlik 250 ton çiy süd istehsal etmək gücünə malik olan avtomatlaşdırılmış müəssisə öz müştərilərini qatqısız və ekoloji təmiz məhsullarla təmin edir.