• EUR 2.0067  
  • USD 1.7  
  • RUB 0.0272

SOSİAL

I-IV qrup üzrə onlayn sınaq imtahanı təşkil edilir

  • 519 dəfə
  • Tarix 13 İyun 2018 / 12:02
  • Lent.az

Dövlət İmtahan Mərkəzi bu il I-IV ixtisas qrupları üzrə sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir. Lent.az DİM-ə istinadən xəbər verir ki, onlayn sınaq imtahanı vermək istəyənlər rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər. 10 iyunda keçirilən sonuncu sınaq imtahanında istifadə olunan sual kitabçaları (Azərbaycan və rus bölməsi) http://otk.az portalına yerləşdirilib. İmtahanda iştirak haqqı 3 AZN-dir.

 

Abituriyentlər həmçinin 2018-ci il "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanlarına yazıla bilərlər.

 

Bundan əlavə, portalda 9-cu və 11-ci sinifdə təhsil alan şagirdlər, o cümlədən ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə), V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər də müvafiq sınaq imtahanlarında iştirak edə bilərlər. Bu imtahanlarda iştirak haqqı isə 1 manatdır.

 

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.