• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

Bakının bu ərazisində su olmayacaq - XƏBƏRDARLIQ

  • 1173 dəfə
  • Tarix 13 İyun 2018 / 12:01
  • Lent.az

Bu gün bəzi ərazilərdə içməli suyun verilişi fasilələrlə olacaq. Lent.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, Bakı şəhəri Xətai rayonu M. Hadi, X. Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin  şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.