• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

İnsan alveri ilə məşğul olan qadın axtarışa verildi

  • 800 dəfə
  • Tarix 13 İyun 2018 / 11:45
  • Səlcuq Elçin

İnsan Alverində ittiham edilən Muradova Təranə Əli qızının barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Lent.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş məhkəmənin hakimi Mirzə Xankişiyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası keçirilib. Lakin Təranə Muradova məhkəmədə iştirak etməyib. Onun barəsində axtarış elan edilib.

 

Xatırladaq ki,  İnsan Alverinə qarşı Mübarizə İdarəsi Təranə Əliyeva haqqında bu il fevral ayında axtarış elan edilməsi ilə bağlı məlumat yayıb.

 

Daha sonra saxlanan Təranə Əliyeva barəsində həbs qətimkan tədbiri seçilməyib.