• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

MAQAZİN

Xalq artisti Mətanəti BİABIR ELƏDİ: "Ayıb olsun, dilini qoy..."

  • 3509 dəfə
  • Tarix 13 İyun 2018 / 11:58
  • Yalçın UĞUR

Müğənni Mətanət Əsədovanın xalq artisti, gitara ifaçısı Rəmişə ( Rafiq Hüseynov ) “antikvar” deməsi cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, xalq artisti “Ondan sonra” verilişinə açıqlamasında M.Əsədovanın sözlərinə kəskin şəkildə etiraz edib: “Xalqın gözü güzgüdü, kimin kim olduğunu görür. Mənim haqqımda antikvar deyənin, dilinə niyə yara çıxmayıb? Antikvar mağazada olur. Mətanətə ayıb olsun. Çünki o məni harda görür deyir ki, qurban olum sənə. Onun bu sözü deməyə necə haqqı çatır? Mənə o sözü deyən, özü kimdir ki? Demək istəyirəm ki, dilinizi qoyun qarnınıza. Mənim haqqımda söz deməyə onların haqqı yoxdur. Mən Nazpəridən, Zeynəb Xanlarovadan danışa bilərəm, onlardan yox”.